FHN-in hospitalları Türkiyədə 167-i uşaq, 930 nəfərə  xidmət edib - VİDEO
18 fevral 2023 15:41 (UTC +04:00)

FHN-in hospitalları Türkiyədə 167-i uşaq, 930 nəfərə xidmət edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hospitallarda ötən günlər ərzində 167-si uşaq olmaqla 930 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

# 2919
avatar

Oxşar yazılar