Braziliyada qadın ərinin hərəkətdə olan maşınına tullanaraq sürücü qapısının pəncərəsini sındırmağa cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 6-da Para ştatının Belem şəhərində baş verib. Kadrlarda qadının hərəkətdə olan maşının qaçış lövhəsində dayanaraq qışqırması, şüşəni yumruqlaması və sındırmağa çalışması əks olunub. Daha sonra hirslənən braziliyalı qadının sürücünün həyat yoldaşı olduğu məlum olub.
O, ərini məşuqəsi ilə tutduğu üçün onların arxasınca gedib və qalmaqal başlayıb. Xəyanət edərkən yaxalanan ər qaçmaq istəyəndə qadın onu saxlamaq üçün özünü avtomobilə atıb.
Ailənin davasına şahid olan yoldan keçənlər polisə müraciət ediblər. Yerli mətbuatın yazdığına görə, kişi daha sonra maşını saxlayıb və arvadı ona yumruqları ilə hücum edib. Onları yoldan keçən motosikletçi ayırıb. Polisin vəziyyətə müdaxilə edib-etmədiyi məlum deyil.