Əməkdar artist: "Anamın son nəfəsində yanında ola bilmədim..."
13 iyun 2022 18:38 (UTC +04:00)

Əməkdar artist: "Anamın son nəfəsində yanında ola bilmədim..."

Əməkdar artist: "Anamın son nəfəsinə çata bilmədim..." - VİDEO

“Bir gün sonra səhər mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Mən gedənə qədər Bakıdan Balakənə gedən yolda anam rəhmətə getdi. Anamın son nəfəsinə çata bilmədim…”.

Lent.az xəbər verir ki, bunu Əməkdar artist Nailə İslamzadə “O üz” proqramında qonaq olarkən söyləyib. 

O, pandemiya səbəbindən anasının son anlarında yanında ola bilməməsindən təsirləndiyini vurğulayıb:

"Bu da pandemiyaya görə oldu, yollar bağlı idi. Postda dayanan şəxsə dedim ki, tez getməliyəm, anamın dəfninə çatmalıyam. Dedi ki, sizin adınız portalda yoxdur. Anamın son nəfəsinə çata bilmədim. Bu, mənə çox pis təsir etdi. Bəlkə də anamın mənə deyiləsi sözü vardı.

O ki, qaldı anamın yasına, qardaşlarım da rəhmətə getmişdi, ona görə bütün işlər mənim üzərimdə idi. Anam hicablı, namaz qılan qadın idi. Deyirdi ki, ölsəm, yasım urvatlı olsun. Hər şeyi necə lazımdır, öz qaydasında etdim ki, anamın ruhu şad olsun. Mənə elə gəlir ki, anamın ruhu bütün bunları gördü, hiss etdi”.  

N.İslamzadə üç qardaşını xərçəngdən itirdiyini deyib:   

“Bizim böyük ailəmiz olub. Dörd qardaşın bir bacısı olmuşam. Hamıdan kiçik evdə mən idim. Böyük qardaşım 11 yaş məndən böyükdür, Moskvada professordur. 3 qardaşım da xərçəng xəstəliyindən rəhmətə gedib. O qədər boşluq var ki, Balakənə gedib valideynlərimin və qardaşlarımın qəbrini ziyarət edirəm. O vaxtları xatırlayıram, amma artıq yoxdur”.
 

Əməkdar artist: "Anamın son nəfəsində yanında ola bilmədim..."

# 4665
avatar

Nigar Namiq

Oxşar yazılar