Deputatlar rəqs edib iclası dağıtdılar - VİDEO
16 noyabr 2024 14:26 (UTC +04:00)

Deputatlar rəqs edib iclası dağıtdılar - VİDEO

Yeni Zelandiyada Te Pati Maori millət vəkilləri ənənəvi “Maori haku” rəqsini ifa edərək parlamentin iclasını pozublar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu yolla yerli deputatlar 1840-cı ildə Britaniya başçıları ilə Maori rəisləri arasında imzalanmış Vaitanqi müqaviləsinə dəyişiklik edən qanun layihəsinə etiraz ediblər. Bir çox Yeni zelandiyalılar bunun yerli olmayan vətəndaşlara qarşı ayrı-seçkilik olduğunu düşünürlər.

Keçən həftə Yeni Zelandiya Partiyası Vaitanqi müqaviləsinin dar şərhini qanuna daxil edən qanun layihəsi təqdim edib. Maori nümayəndələri qanun layihəsinin yerli xalqların hüquqlarını pozduğunu fikirləşirlər.

Parlamentin iclası zamanı deputat Hana-Ravhiti Maipi-Clark qanun layihəsinin bir nüsxəsini cırıb və “Maori rəqsi” oynayıb. Bundan sonra o, bir günlük parlamentdəki işindən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Oxşar yazılar