Daha bir məktəbdə BİABIRÇILIQ:  şagirdlər müəllimi döydü - VİDEO
15 dekabr 2022 11:50 (UTC +04:00)

Daha bir məktəbdə BİABIRÇILIQ: şagirdlər müəllimi döydü - VİDEO

Azərbaycanda məktəblərin birində şagirdlərin ədəbsizlik etdiyi görüntülər yayılıb.

Lent.az xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, məktəblərin birində iki şagird sinifdə müəllimə qarşı qeyri-etik davranışlar sərgiləyiblər. Şagirdlər sinifdə mahnı qoşaraq müəllim qarşısında oynayıblar.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsinə müraciət etdik. Bakı şəhər üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan video köhnə videodur və hadisənin hansı məktəbdə baş verdiyi məlum deyil. Maraq doğuran məqam da budur ki, hadisənin üzərindən zaman keçsə belə məktəbin yeri müəyyən edilməyib. 

# 6594
avatar

Arzu Qurbanlı

Oxşar yazılar