Bakının 4 qəsəbəsində silahlılara qarşı ƏMƏLİYYAT  -  VİDEO
08 sentyabr 2022 16:45 (UTC +04:00)

Bakının 4 qəsəbəsində silahlılara qarşı ƏMƏLİYYAT - VİDEO

Sabunçu rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumilikdə 23 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunublar. Onların üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.

Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bakıda daha bir əməliyyat

# 5676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Xaçmazda qadının sürdüyü maşın marketə girdi - VİDEO

Xaçmazda qadının sürdüyü maşın marketə girdi - VİDEO

3 dekabr 2022 , 18:35
Bakıda şagird məktəbdə bıçaqla VİDEO   çəkdi

Bakıda şagird məktəbdə bıçaqla VİDEO çəkdi

3 dekabr 2022 , 13:21
43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

2 dekabr 2022 , 14:23
İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var  - VİDEO

İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var - VİDEO

2 dekabr 2022 , 14:08
Rəşad Dağlının oğlu atasının bu  VİDEO sunu yaydı

Rəşad Dağlının oğlu atasının bu VİDEOsunu yaydı

2 dekabr 2022 , 11:00
Tələbələr arasında KÜTLƏVİ DAVA:  Polis işə qarışdı -  VİDEO

Tələbələr arasında KÜTLƏVİ DAVA: Polis işə qarışdı - VİDEO

1 dekabr 2022 , 22:00
Şirvanda KÜTLƏVİ HƏBSLƏR:  72 nəfər... - VİDEO

Şirvanda KÜTLƏVİ HƏBSLƏR: 72 nəfər... - VİDEO

1 dekabr 2022 , 17:28
Metroda yüksək səslə   danışan qadın BIÇAQLANDI - VİDEO

Metroda yüksək səslə danışan qadın BIÇAQLANDI - VİDEO

1 dekabr 2022 , 14:18