Bakıda ölümdən dönən polislə bağlı ARAŞDIRMA BAŞLADI  - YENİLƏNİB
30 iyun 2022 11:09 (UTC +04:00)

Bakıda ölümdən dönən polislə bağlı ARAŞDIRMA BAŞLADI - YENİLƏNİB

Bakıda yol polisinin iştirakı ilə baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək:

“Qəza ilə bağlı  aidiyyatı üzrə araşdırma aparılır. Hər iki sürücünün əməlinə hüquqi qiymət veriləcək. Həm də hadisə ilə bağlı təhqiqat araşdırması aparılacaq. Məsələyə araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.

***

29 iyun, saat 22:20

Bakıda Yol Patrul Xidmətinin əməkdaşı qəzaya düşüb.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 17:53-də Neftçilər prospektində "Hərbi Qənimətlər Parkı" yaxınlığında qeydə alınıb. Minik avtomobili qəfil motosiketlə hərəkət edən YPX əməkdaşının qarşısına çıxıb. Bu an YPX motosikleti həmin avtomobilə çırpılıb.

Motosikletin sayrışan işığının yanmasından ehtimal olunur ki, o, qayda pozan sürücünü saxlamağa gedirmiş.

Hadisə anının görüntülərini təqdim edirik:

# 6447
avatar

Mehman Nəbiyev

Oxşar yazılar