Bakıda qadın sürücü qəza törədib.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Günəşli qəsəbəsində baş verib. Sürücü G. İsayevanın "Toyota" markalı avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil səki ilə hərəkət edən 3 nəfəri vurubvə marketə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, bu gün paytaxtın Suraxanı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, " Toyota" markalı, 77-GF-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsayeva Günay Elman qızı idarəetməni itirərək yol kənarında dayanan üç piyadanı vurub.
Hadisə nəticəsində piyadalar xəsarət alıb. Xəsarətlə bağlı ekspertiza təyin olunub və hazırda faktla bağlı araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik: