Bakıda məktəbdə  YANĞIN - ANBAAN VİDEO
07 yanvar 2022 14:06 (UTC +04:00)

Bakıda məktəbdə YANĞIN - ANBAAN VİDEO

Xəbərə video əlavə olunub.

***
Saat: 10:40

Bakıda məktəbdə baş verən yanğın södürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***

Saat: 09:15

Bakıda məktəb binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın Suraxanı rayonu, Əmircan qəsəbəsindəki orta məktəb binasında baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bakıda məktəb yandı

# 8016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar