Bakıda avtobus məktəblini vurub öldürdü - HADİSƏ ANI
10 yanvar 2023 17:11 (UTC +04:00)

Bakıda avtobus məktəblini vurub öldürdü - HADİSƏ ANI

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidimətindən Lent.az-a bildirilib ki, hadisə yanvarın 10-da saat 16:30-da Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır. 

 

# 3615
avatar

Oxşar yazılar