Bakı metrosunda DƏHŞƏT:  sərnişin qatar yoluna düşdü - VİDEO
25 mart 2023 14:39 (UTC +04:00)

Bakı metrosunda DƏHŞƏT: sərnişin qatar yoluna düşdü - VİDEO

Metronun "Memar Əcəmi" stansiyasında kişi sərnişin qatar yoluna düşüb.

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a verilən xəbərə görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

# 4593
avatar

Oxşar yazılar