Azərbaycan Türkiyə ilə birgə İranla sərhəddə TƏLİM KEÇİRİR  - VİDEO
05 dekabr 2022 11:11 (UTC +04:00)

Azərbaycan Türkiyə ilə birgə İranla sərhəddə TƏLİM KEÇİRİR - VİDEO

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkənin birgə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

# 3561
avatar

Oxşar yazılar

Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ:  "Dövlət insanları aldadır"

Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ: "Dövlət insanları aldadır"

2 fevral 2023 , 12:30
Qasıməli Qasımov

Bakıda kriminal avtoritet tutuldu - VİDEO

2 fevral 2023 , 11:52
Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI

Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI

2 fevral 2023 , 11:22
Azərbaycanlı rabitəçilər  rus kəşfiyyatını  necə aldadır? - VİDEO

Azərbaycanlı rabitəçilər rus kəşfiyyatını necə aldadır? - VİDEO

1 fevral 2023 , 11:34
Molla rejiminin sahib çıxmadığı xoylulara soydaşlarımız sahib çıxdı

Molla rejiminin sahib çıxmadığı xoylulara soydaşlarımız sahib çıxdı

1 fevral 2023 , 11:27
Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"

Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"

1 fevral 2023 , 10:00
Fevral ayında bürcünüz NƏ VƏD EDİR?  - VİDEO

Fevral ayında bürcünüz NƏ VƏD EDİR? - VİDEO

1 fevral 2023 , 00:15
Güneyli uşaqlardan  ürəkdağlayan sözlər:   "Üşüyürük, çörək də verin" - VİDEO

Güneyli uşaqlardan ürəkdağlayan sözlər: "Üşüyürük, çörək də verin" - VİDEO

1 fevral 2023 , 00:06