10 min dollara civə satmaq istədi - VİDEO
26 iyul 2022 12:33 (UTC +04:00)

10 min dollara civə satmaq istədi - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-dən Lent.az-a verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb.

Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

# 2490
avatar

Aytəkin Cəlali

Oxşar yazılar