Uşağınız davakar böyüyürsə,  bunlara diqqət edin
03 aprel 2024 10:42 (UTC +04:00)

Uşağınız davakar böyüyürsə, bunlara diqqət edin

Valideynlər üçün övladının davada günahkar olduğunu etiraf etmək çətin ola bilər. Ən çox narahat edici məqamlardan biri də övladlarının başqaları tərəfindən vurulduğunda nə etməli olmasını izah etməkdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səbəblər fərqli ola bilər, onları aşkar etmək lazımdır.

Bu vəziyyətdə söhbət sakit bir atmosferdə aparılmalıdır. Tənqid etməyə, qışqırmağa ehtiyac yoxdur.

Davakarlıq keçid yaş dövründən qaynaqlanırsa, bunu başa düşmək lazımdır, lakin problemi görməməzlikdən gəlmək olmaz. Mübarizə aparmaq, başqalarını incitməyin, vurmağın düzgün olmadığını izah etmək lazımdır. Nəticələri haqqında danışmaqlısınız.

Ailələr uşağın sakitləşməsi üçün evdə təhlükəsiz yer təmin etməlidirlər. Eyni zamanda, onunla daim bu cür davranışın təhlükələri haqqında danışmaq vacibdir. Mütəxəssislər övladınıza özünə nəzarət ifadələrini öyrətməyi məsləhət görürlər. Bunun səbəbi isə övladınız əsəbləşib, dava etmək istəyəndə özünə həmin sözləri tələffüz edə bilsin. 

Bundan əlavə, əgər övladınız digər uşaqları incidirsə, o zaman valideynlərin özləri də onların davranışlarına diqqət yetirməlidirlər. Sağlam olmayan davranış nümunəsinin ötürülməsi mümkündür.

Özünüzə və uşağa vəziyyəti çətinləşdirməmək üçün psixoloqla məsləhətləşmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3654
avatar

Fidan İlqar

Oxşar yazılar