"Bu əlamətlər uşaqlarda  psixi pozğunluğun   göstəricisidir" - HƏKİM AÇIQLADI
16 may 2023 16:17 (UTC +04:00)

"Bu əlamətlər uşaqlarda psixi pozğunluğun göstəricisidir" - HƏKİM AÇIQLADI

Mütəxəssislər iki yaşa qədər nitq çatışmazlığı uşağın inkişaf pozğunluğunun əlaməti ola biləcəyini açıqlayıblar.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim Marina Volkova bildirir ki, iki yaşdan yuxarı uşaqlarda danışma çatışmazlığı psixi pozğunluqları göstərə bilər. 

Onun sözlərinə görə, istənilən ailədə xəstə uşaq doğula bilər və ən ağır xəstəliklər hamiləlik və ya doğuş mərhələsində aşkarlanır:

“Bununla belə, autizm spektrinin pozulması kimi bəzi pozğunluqlar, eləcə də gecikmiş psixomotor və ya psixoverbal inkişafın diaqnozu daha çətindir. Bu da müalicənin gec başlamasına və uşağın vəziyyətinin pisləşməsinə səbəb olur. Əgər bir yaşlı uşaq hər hansı bir səsə cavab vermirsə, iki yaşına qədər heç bir göz təması, işarə jesti və ya danışığı yoxdursa, bunlar psixi sağlamlıq problemlərinin ilk əlamətləridir.

Nitqin inkişafında ləngimə varsa defektoloqa, dayaq-hərəkət sisteminin xəstəlikləri üzrə reabilitoloqa, audioloqa və eşitmə üzrə tiflopedaqoqa müraciət edilməlidir”.

# 2838
avatar

Arzu Qurbanlı

Oxşar yazılar