Sankt-Peterburqda yaşlı kişi uşaqları qarışdıraraq başqasının nəvəsini bağçadan götürüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, iyulun 17-də polisə şəhərin Nevski rayonunda uşağın guya oğurlanması barədə məlumat daxil olub. Altı yaşlı qız Krılenko küçəsi 15 ünvanında yerləşən uşaq bağçasından yoxa çıxıb.
Dərhal bütün postlara xəbər verilib, əməliyyatçılar və yol polisi dəstələri cəlb olunub.
Tezliklə uşaq tapılıb. Məlum olub ki, yaşlı kişi nəvəsi üçün bağçaya gəlib və sonda səhvən başqasının qızını aparıb. Qız valideynlərinə qaytarılıb.