Moskvada ana iki yaşlı uşağını 11-ci mərtəbədən atıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın Çertanovo rayonunda Sumski keçidində baş verib.
İlkin məlumata görə, binanın altından tapılan uşaq sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Şübhəli bilinən 26 yaşlı ana saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırılma aparılır.