5 yaşında 45 kiloya ÇATDI - Anası  arıqlatmaq üçün   görün nə edir?
27 yanvar 2023 18:35 (UTC +04:00)

5 yaşında 45 kiloya ÇATDI - Anası arıqlatmaq üçün görün nə edir?

Ötən əsrdə bütün dünyada geniş yayılan piylənmə xəstəliyi bu gün də ən böyük problemlərdən biri kimi göstərilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan ana və qızı bu xəstəliyin ən çətin formalarından biri ilə mübarizə aparırlar.

25 yaşlı Holli Uilyamsın qızının 5 yaşı olsa da, nadir bir xəstəlik səbəbindən çəkisi 45 kiloqrama çatıb. Harlou adlı kiçik qıza diaqnozun hələ 6 aylıq olarkən qoyulduğunu bildirən Holli qızının 15-ci xromosomunun əskik olduğunu deyib. Bu xromosomun orqanizmə toxluq hissi verdiyini deyən ana qızının daim ac olduğunu və hər zaman nəsə yemək istədiyini bildirib.

Enn Holli açıqlamasında bunları söyləyib:

"Düşünürəm ki, Harlou yaşlandıqca mətbəxin qapısını bağlamağa başlayacağam".

Qızına 6 aylıq olanda diaqnoz qoyulduğunu deyən ana əvvəllər belə bir xəstəlik eşitmədiyini bildirib. "Prader-Willi" sindromu nadir genetik xəstəlikdir. Xəstəlik onu daşıyanlarda fiziki, psixi və davranış problemləri ilə özünü göstərə bilər. Xəstəliyin bir çox fəsadları piylənmə ilə bağlıdır.

"Prader-Willi" sindromu olan Harlounun inkişafı da bu xəstəliyə görə bir çox nöqtədə pozulub. 8 aylıq olana qədər başını dik tuta bilməyən Harlou 2,5 yaşına qədər yeriyə bilməyib.

"Mən onun sağlam və balanslı yemək yediyinə əminəm, amma hələ uşaq olduğu üçün yeməklərə icazə verilir, ona görə də onu tamamilə məhrum etmək istəmirəm", - anası vurğulayıb.

Harlou hazırda adi bir məktəbdə oxusa da, kiçik qızın hələ də hərəkətlilik, yuxu apnesi və tantrumlarla bağlı problemlərinin olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3798
avatar

Fidan İlqar

Oxşar yazılar