Qəhvə bütün dünyada milyonlarla insan üçün səhərin vazkeçilməz içkisidir. Ancaq bəzi ölkələrdə qəhvə içki olmaqdan kənar bir mədəniyyətə çevrilib.
Lent.az xarici KİV-ə istinadla adambaşına ən çox qəhvə istehlak edən ölkələr və onların qəhvə ilə bağlı maraqlı mədəniyyətlərini təqdim edir.
1. Finlandiya
Dünyada ən çox qəhvə istehlak edən ölkə. Bir finli ildə orta hesabla 12 kiloqram qəhvə istehlak edir. Qəhvə Finlandiyada iş fasilələrinin vacib hissəsidir.
2. Norveç
Norveçlilər tez-tez səhər və günorta qəlyanaltılarına qəhvə əlavə edirlər. Norveçdə, adətən süzülmüş qəhvəyə üstünlük verilir.
3. İslandiya
Soyuq iqlimi ilə məşhur olan İslandiyada qəhvə ilə isinməyə üstünlük verirlər. İslandiyalıların sosial həyatında qəhvə mühüm yer tutur.
4. Danimarka
Danimarkalılar qəhvəni hygge (istilik və rahatlıq) mədəniyyətinin bir hissəsi kimi görürlər. Tortlar və peçenye ilə qəhvədən həzz almaq çox məşhurdur.
5. Hollandiya
Hollandiyada kofe tez-tez “koffietijd” (qəhvə vaxtı) adlanan ictimai toplantılarda içilir.
6. İsveç
İsveçlilər qəhvə fasilələrini fika adlandırırlar və bu fasilələr həm qəhvə, həm də desertlər üçün bir ritualdır.