“YouTube”da  YENİLİK  - “Dislike”ların sayı  GİZLƏDİLƏCƏK
01 aprel 2021 12:45 (UTC +04:00)

“YouTube”da YENİLİK - “Dislike”ların sayı GİZLƏDİLƏCƏK

“YouTube”un tərtibatçıları “like” və “dislike” düymələri üçün yeni dizaynı sınaqdan keçirirlər. Bu haqda sözügedən xidmətin rəsmi “Twitter” hesabında məlumat verilib.

Lent.az “ICTnews”a istinadən bildirir ki, tərtibatçılar “dislike”ların sayını gizlədən rejimi sınaqdan keçirirlər.

Qeyd edək ki, videolara əvvəlki kimi “dislike” qoymaq mümkün olacaq. Amma onların ümumi sayını yalnız videoların müəllifləri görə biləcəklər.

 

# 2694
avatar

Oxşar yazılar