Xatirələriniz canlanacaq – YENİ  texnologiya -VİDEO
06 mart 2023 09:43 (UTC +04:00)

Xatirələriniz canlanacaq – YENİ texnologiya -VİDEO

 VR texnologiyalar sahəsində fəaliyyət göstərən Wist Labs adlı startap öz yeni proqram təminatını sərgiləyib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, sərgilənmiş proqram təminatı istifadəçilərə xatirələrin artırılmış reallıq (AR) vasitəsilə canlandırılması imkanını verəcək. Startap təmsilçilərinin planlarına əsasən bu, keçmişdə baş vermiş hadisələri sözün əsl mənasında yenidən yaşamaq imkanını təqdim edəcək. Wist Labs şirkətinin rəsmi saytındakı məlumata əsasən bu proses olduqca sadə görünür. Belə ki, istifadəçilər bu və ya digər video yazını virtual 3D səhnəyə çevirmək üçün xüsusi tətbiqdən istifadə edəcəklər. Daha sonra onlar əldə edilmiş 3D səhnəni öz veb brauzerlərində, smartfonlarında və ya VR cihazlarında oynada biləcəklər. Şirkət bildirib ki, xatirələr smartfon vasitəsilə çəkilmiş videoların 3D səhnələrə konvertasiyası vasitəsilə reallığa çevriləcəklər.

# 2625
avatar

Oxşar yazılar