“WhatsApp”da şəkil və videoları skrinşot etməyə  QADAĞA
06 oktyabr 2022 09:34 (UTC +04:00)

“WhatsApp”da şəkil və videoları skrinşot etməyə QADAĞA

“WhatsApp” istifadəçilərə göndərilən foto və videoları skrinşot etməyi qadağan edib. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb. 

Məlumata görə, yeni qadağa ancaq birdəfəlik baxmaq üçün nəzərdə tutulmuş şəkil və videolara aiddir. Əgər siz ekran görüntüsünü çəkməyə çalışsanız, bu zaman prosesin mümkün olmadığı ilə bağlı “pop-up” bildirişi görünəcək. 

Hətta skrinşot üçün üçüncü tərəf proqramlarından istifadə edilsə, nəticədə yalnız qara ekran qeydə alınacaq.  
Şirkət bu yeniliyi təhlükəsizliyin daha da təkmilləşdirilməsi üçün tətbiq etdiyini bildirib. Ancaq yenə də məxfiliyə tam zəmanət verilməyib. Çünki smartfon ekranın başqa cihazlarla qeydə alınması ehtimalı həmişə var.  

Yeni funksiya Android telefonları üçün “WhatsApp”ın 2.22.22.3 beta versiyasında təqdim olunacaq. 
 

# 5217
avatar

Sevinc Fərid

Oxşar yazılar