“WhatsApp”da ciddi boşluq: DİQQƏTLİ OLUN! 
13 aprel 2021 03:13 (UTC +04:00)

“WhatsApp”da ciddi boşluq: DİQQƏTLİ OLUN! 

“WhatsApp” messencerində xoşagəlməz boşluq aşkar edilib. 

Lent.az-ın məlumatına görə, yaranan problem səbəbindən hətta blokladığınız istifadəçilər belə statusunuza baxa bilər. 

Bu, kontakt siyahısında olmayan nömrələr üçün də keçərlidir.

İstifadəçilər bir-birinin statusa baxmaq üçün həmsöhbətin nömrəsini öz smartfonunda saxlamalıdır. Ancaq hazırda həmsöhbətin nömrəsini öz telefonunda saxlayıb-saxlamadığından asılı olmayaraq, istənilən şəxs statusa baxa bilər.

Qeyd edək ki, “WhatsApp” rəsmiləri hələlik sözügedən problemlə bağlı şərh verməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 55044
avatar

Oxşar yazılar