Türkiyə səfiri zəlzələ ilə bağlı Londonda nə axtarırdı?
11 fevral 2023 04:07 (UTC +04:00)

Türkiyə səfiri zəlzələ ilə bağlı Londonda nə axtarırdı?

Osmanlı arxivlərində zəlzələ ilə bağlı maraqlı bir sənəd tapılıb.

Lent.az-ın xəbərinə görə, Dövlət Arxivində 1878-ci ilə aid bir sənəd qorunur.

Osmanlı səfiri Rüstəm Paşanın Londondan İstanbula – padşah sarayına yolladığı məxfi teleqramda göstərilir: “Ən nüfuzlu elm adamları ilə zəlzələni qabaqcadan xəbər verən cihaz barədə müzakirə apardım. Onlar belə bir cihazın olmadığını dedilər. Lakin baş verən zəlzələnin şiddətini göstərən cihaz mövcuddur. Tapılan kimi göndərəcəm”. 
Bir sözlə, son 2 əsrdə texnologiya ciddi şəkildə irəli getsə də, zəlzələni təyin edən cihaz tapılmayıb. Bu sahədə böyük irəliləyiş yoxdur. 
 

# 3972
avatar

Oxşar yazılar