Çində gənclərin internet asılılığını azaltmaq üçün “TikTok”un Çin versiyası “Douyin”in istifadəsinə vaxt məhdudiyyəti qoyulub.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, gündə səhər saat 6-dan axşam 12-ə qədər olmaqla cəmi 40 dəqiqə istifadəsinə icazə veriləcək. 14 yaşından kiçik uşaqlar “Douyin” də yalnız 40 dəqiqə vaxt keçirə biləcəklər.
“Douyin”in sahibi Bayte Dans, yeniliyin tətbiq oluna bilməsi üçün valideynlərin uşaqlarının hesablarını yoxlamalarına kömək etmələrini istədi. Digər tərəfdən şirkət valideynlər üçün seçim olaraq “Xiao Qu Xing” adlı (Kiçik əyləncəli ulduz) proqramı təklif edib. “TikTok”a bənzər bu tətbiqdə, təhsil videolarının yayımlanacaq və valideynlərə gündə 15 dəqiqəyə qədər vaxt təyin etmək hüququ verilir.