"TikTok"da istifadəçilər  videolarını sata biləcək
09 mart 2023 16:38 (UTC +04:00)

"TikTok"da istifadəçilər videolarını sata biləcək

Tanınmış “TikTok” sosial şəbəkəsi platformaya ödənişli videolar yerləşdirməyə imkan yaradacaq. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, videoların uzunluğu 20 dəqiqəyə qədər çata bilər və 80-ə yaxın kadrları birləşdirmək olacaq.  

Yeni məzmun növü “Series” adlanır. Bu seriyada olan videolar üçün kontent sahibləri 1 ilə 190 dollar arasında qiymət təyin edəcəklər.  

Ancaq müəlliflər məbləği tam almayacaq. Kontentin emal dəyəri və mağazanın komissiyası gəlirdən çıxarılacaq. 

İzləyicilər ödənişli məzmunu “TikTok” platformasından ala biləcəklər. 

# 2226
avatar

Sevinc Fərid

Oxşar yazılar