"Tesla" ən ucuz avtomobilini yeniləyir
29 noyabr 2022 03:35 (UTC +04:00)

"Tesla" ən ucuz avtomobilini yeniləyir

“Tesla” yenilənmiş “Model 3” elektrik sedanını təqdim etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Korporasiyadakı mənbələrin məlumatına görə, “Tesla” “Model 3”-ün yenilənmiş versiyasının hazırlanmasına başlayıb.

Şirkət hesab edir ki, yeni dizayn avtomobilin istehsalına qənaət edəcək və 2016-cı ildə buraxılmış modelə əlavə diqqət cəlb edəcək.

Xüsusilə, avtomobil istehsalçısının mühəndisləri “Model 3”-ün daxili hissələrinin sayını azaltmaq və avtomobilin yığılmasını sadələşdirmək niyyətindədirlər. 

Avtomobildə gələcək dəyişikliklər “Highland” kod adlı layihədə birləşir. 
“Model 3” ən ucuz “Tesla” elektromobilidir, qiyməti 47 min dollardan başlayır.
 

# 2163
avatar

Oxşar yazılar

“Telegram”da yeni funksiyalar yaradıldı

“Telegram”da yeni funksiyalar yaradıldı

28 yanvar 2023 , 05:35
Gözlənilən maşın GƏLDİ! -  1 milyon avroya...

Gözlənilən maşın GƏLDİ! - 1 milyon avroya...

27 yanvar 2023 , 17:41
Sirli düymə! “Tik-Tok”da populyarlaşan   kontentlərə kim qərar verir?

Sirli düymə! “Tik-Tok”da populyarlaşan kontentlərə kim qərar verir?

27 yanvar 2023 , 17:13
“Samsung” smartfonları  BAHALAŞACAQ

“Samsung” smartfonları BAHALAŞACAQ

27 yanvar 2023 , 16:19
Bu “iPhone” modelinin qiyməti  2 dəfə ucuzlaşdı

Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı

27 yanvar 2023 , 15:13
Şəxsi məlumatlarınızı necə qoruya bilərsiniz? - 3 TÖVSİYƏ

Şəxsi məlumatlarınızı necə qoruya bilərsiniz? - 3 TÖVSİYƏ

27 yanvar 2023 , 11:40
Toyuğa metal dimdik düzəltdilər

Toyuğa metal dimdik düzəltdilər

27 yanvar 2023 , 01:13
"Apple" köhnə telefonlar üçün  YENİLƏMƏ ETDİ

"Apple" köhnə telefonlar üçün YENİLƏMƏ ETDİ

26 yanvar 2023 , 18:10