Süni intellekt  6 saata UŞAQ KİTABI YAZDI
06 aprel 2023 12:35 (UTC +04:00)

Süni intellekt 6 saata UŞAQ KİTABI YAZDI

ABŞ-ın Stanford Universitetində proqram mühəndisi kimi çalışan Sait Furkan Teke eyni zamanda Boğaziçi Universitetinin kompüter mühəndisliyi üzrə magistratura tələbəsidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Teke İstanbul Texniki Universitetində tələbə olarkən ingilislərin "Black Books" (Qara kitablar) komediyasına baxdıqdan sonra uşaq kitabı yazmaq arzusunda olmağa başlayıb.

O, uşaq kitabı yazmaq fikrinə düşsə də, kitabı bitirə bilməyib. Teke serialdakı personajın tamamlaya bilmədiyi kitabı bitirmək və arzusunu reallaşdırmaq üçün süni intellektlə əməkdaşlıq edib. O, süni intellektlə biri türkcə olmaqla iki uşaq kitabı yazıb.

"Kiçik Elly's Quest" adlı 36 səhifəlik kitabda fil Ellinin dostları ilə etdiyi səyahətin mövzusu və nəhayət həyatda ən vacib şeyin pul deyil, sevgi və güvən olduğunu aşılayıb.

Teke kitabın hazırlıq mərhələlərini belə izah edib: “İllərdir yazmaq istədiyim uşaq kitabını süni intellektlə yazmaq fikri çox cəlbedici idi. Mən "ChatGPT"yə kitabın hekayəsini izah edən qaralama mətni təqdim etdim. Bir neçə dəqiqə ərzində kitabın bütün mətni göründü. Kitabdakı vizualları "Midjourney" adlı süni intellekt vasitəsi ilə hazırladım.

Bir türlü bitmeyen çocuk kitabını yapay zeka 6 saatte yazıp bitirdi

Təsəvvür etdiyim şəkli yazaraq əmr verdim. Məsələn, mən dedim ki, "meşədə iri gözlü bir fil balası və yanında bir meymun balası kimi uşaq kitabı hazırlayın". Süni intellektin təmin etdiyi dörd fərqli vizualdan birini seçərək işimə davam etdim. Beləliklə, hər bir obrazın dizaynı və personajları bir-birinə çox bənzəyirdi. "Midjoruney" botuna şəkilləri hazırlamaq bir dəqiqədən az vaxt aparsa da, onları bir-bir seçdiyim üçün bütün şəkilləri yaratmaq təxminən 6 saat çəkdi”.

Kitabda adı müəllif kimi yer alan Teke bunun səbəbini bu sözlərlə açıqlayıb:

“Süni intellekt vasitələri yaxın gələcəkdə hər kəsin istifadə edəcəyi alətlər olacaq. Düşünürəm ki, kimsə qəhvə maşını ilə kofe hazırlayanda “mən qəhvə hazırladım” desə, eyni şey olar. Kitabın süni intellekt alətləri ilə yazıldığını giriş sözündə bildirdim. Süni intellektlə yazılmış uşaq kitabları var, amma araşdırmalarıma görə, türkcə süni zəka ilə yazılmış kitab yoxdur. Bu səbəbdən süni intellektlə yazılmış ilk uşaq kitabını türkcə yaratdım”.

Bir türlü bitmeyen çocuk kitabını yapay zeka 6 saatte yazıp bitirdi

Bir türlü bitmeyen çocuk kitabını yapay zeka 6 saatte yazıp bitirdi

# 2208
avatar

Fidan İlqar

Oxşar yazılar