Nadir görülən  ulduz   aşkar edildi
22 iyun 2023 19:44 (UTC +04:00)

Nadir görülən ulduz aşkar edildi

Astronomlar qalaktikamızda ən nadir ulduzlardan birini aşkar ediblər. 

Lent.az “Astronomy & Astrophysics” jurnalına xəbər verir ki, indiyədək Süd Yolunda yalnız bir belə ulduz məlum olub.

Burada söhbət ağ cırtdan pulsardan gedir. Məlumata görə, cəmi 773 işıq ili uzaqlıqda yerləşən ulduz qalaktikamızın ən nadir kateqoriyalarından birinə aiddir.

J1912-4410 ağ cırtdan pulsardır. İndiyə qədər qalaktikamızda ona yalnız bir oxşar ulduz məlumdur. Kəşf təkcə ulduzların təkamülünü deyil, həm də Süd Yolu boyunca tapılan qəribə siqnalları öyrənmək üçün bizə yeni alət verir.

Bildirilir ki, kəşf ağ cırtdanın maqnit sahəsinin Yerin maye nüvəsinin bizim maqnit sahəsimizi yaratdığına bənzər daxili dinamo tərəfindən yaradıldığını təsdiqləyir.

Pulsar vəziyyətində neytron ulduzu sürətlə fırlanır. Hətta bu millisaniyə miqyasına qədər olur. Sürətli fırlanma və güclü maqnit sahəsi nəticəsində yaranan elektromaqnit şüalanma şüaları maqnit qütblərindən çıxır. Ulduz fırlandıqca bu şüalar kosmik mayak kimi görmə sahəmizdən keçərək ulduzun pulsasiyasına səbəb olur.

Ağ cırtdanlar oxşar ulduz qalıqlarıdır. Bunlar kütləsi 8 günəş kütləsindən aşağı olan ölü ulduzların çökmüş nüvələridir. Neytron ulduzlarından daha az sıxdırlar və daha böyük radiusa malikdirlər.


 

# 2790
avatar

Sevinc Fərid

Oxşar yazılar