“Microsoft” CƏRİMƏLƏNDİ: 60 milyon avro...  - SƏBƏB
22 dekabr 2022 15:37 (UTC +04:00)

“Microsoft” CƏRİMƏLƏNDİ: 60 milyon avro... - SƏBƏB

Amerikanın “Microsoft” şirkəti qanun pozuntusuna görə cərimələnib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiya (CNIL) “Microsoft” şirkətinin İrlandiya ofisinə 60 milyon avro məbləğində cərimə yazıb.

Buna səbəb şirkətin kukilər (veb-server tərəfindən göndərilən və istifadəçinin kompüterində saxlanılan kiçik məlumat parçası) vasitəsilə istifadəçilərə öz məlumatlarını təqdim etməkdən imtina və ya qəbul prosedurunu sadələşdirmək istəməməsidir.

"Bing.com axtarış sistemində kukilərdən imtina şərtləri ilə bağlı şikayət daxil olduqdan sonra məlum olub ki, sayta daxil olan zaman həmin fayıllar istifadəçinin razılığı olmadan onun kompüterinə yüklənir. Həmçinin diqqətə çatdırılıb ki, kukiləri qəbul etməkdən asanlıqla imtina və ya razılıq vermək üçün heç bir düymə olmayıb”, - deyə tənzimləyicinin bəyanatında deyilir.

Edilən qanunsuzluqla bağlı "Microsoft"a sorğu göndərilsə də, vəziyyət dəyişməyib. Nəticədə müvafiq cərimə tətbiq edilib. Bundan əlavə, şirkətə üç ay ərzində belə faylların Fransadakı istifadəçilərə göndərilməsi üçün icazə tələb edən mexanizm tətbiq etmək tapşırılıb. Bu müddətdən sonra tələbin yerinə yetirilməməsi halında şirkət hər gecikmə günü üçün təyin edilmiş cərimədən əlavə 60 000 avro ödəməli olacaq.

# 2535
avatar

Fidan İlqar

Oxşar yazılar