“Marsa uçuş bileti baha olmayacaq” – 100 min dollar…
21 aprel 2022 10:19 (UTC +04:00)

 “Marsa uçuş bileti baha olmayacaq” – 100 min dollar…

İlon Mask müsahibəsində Marsa uçuş biletinin qiymətinin çox insanın cibinə uyğun gələcəyini bildirib. 

Lent.az xəbər verir ki, "SpaceX" şirkətinin kosmik gəmisi vasitəsilə Marsa uçmaq üçün biletin qiyməti 100 min dollardır. 

İlon Mask bu qiymətin baha olmadığını qeyd edib: 

 “Marsa uçmaq istəyən insanlar üçün 100 min dollar elə də böyük məbləğ deyil. İstənilən şəxs çalışaraq, işləyərək bu pulu yığa bilər. Biz istəyirik ki, Marsa uçmaq hər kəs üçün əlçatan olsun” deyə Mask söyləyib. 

Qeyd edək ki, 2050-ci ilə kimi 1 milyon insanın Marsa köçürülməyi planlaşdırılır. 
 

# 3240
avatar

Sevinc Fərid

Oxşar yazılar