Köhnə əməliyyat sistemlərində App Store deaktiv ediləcək
05 aprel 2023 18:25 (UTC +04:00)

Köhnə əməliyyat sistemlərində App Store deaktiv ediləcək

İnsayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Apple şirkəti may ayının əvvəlində iOS-in köhnə versiyalarının istifadəçilərinə onlar üçün Apple servislərinin deaktiv edilməsi ilə bağlı bildiriş göndərəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu, təkcə smartfonları deyil, həmçinin planşetləri, kompüterləri, smart saatları və TV cihazlarını əhatə edəcəkl.

Şirkətin əməliyyat sistemlərinin köhnə versiyaları vasitəsilə çalışan cihazlarında deaktiv ediləcək servislər siyahısına Siri səsli köməkçisi, App Store platforması, Apple Maps xəritəsi və digər standart tətbiqlər daxil olacaqlar. Lakin bura iCloud daxil olmayacaq. Məlumatda qeyd edilib ki, əməliyyat sistemlərinin köhnə versiyalarında iCloud olduğu kimi adi rejimdə çalışmağa davam edəcək. Apple servislərinin deaktiv ediləcəyi köhnə əməliyyat sistemləri aşağıdakılar olacaq.

- iOS 11 - 11.2.6

- tvOS 11 - 11.2.6

- watchOS 11 - 4.2.3

- macOS 10.13 - 10.13.3.

Məlumatda qeyd edilib ki, sözügedən əməliyyat sistemləri vasitəsilə çalışan cihazların istifadəçilərinin əldə edəcəkləri bildirişdə tam funksionallığın qorunub saxlanması üçün əməliyyat sisteminin yenilənməsi vacibliyi qeyd ediləcək. Bu o demək deyil ki, istifadəçilər tez zamanda yeni iPhone və ya MacBook almalıdırlar. Sadəcə olaraq bəzi istifadəçilər yeni əməliyyat sisteminə keçid etməkdən imtina edərək daha köhnə əməliyyat sistemlərindən istifadəni üstün tuturlar.

# 1899
avatar

Oxşar yazılar