“iPhone 16”da inqilabi kameralar  olacaq – YENİLİKLƏR
30 yanvar 2024 10:38 (UTC +04:00)

“iPhone 16”da inqilabi kameralar olacaq – YENİLİKLƏR

2024-cü ildə buraxılacaq “iPhone 16” haqqında artıq bəzi yeniliklər yayılıb. 

Lent.az xəbər verir ki, bu yeniliklərdən biri kameraların təkmilləşdirilməsidir. 

Bir çox insayderlər iddia edirlər ki, bu il istehsalçı kameralara daha çox önəm vermək niyyətindədir. Belə ki, foto və video çəkmək üçün xüsusi düymə ilə yanaşı,  2024-cü ilin “iPhone” modeli böyüdülmüş “Sony” sensoru ilə təchiz olunacaq.

İddia olunur ki, “iPhone 16 Pro Max” 48 meqapiksel təsvir ölçülü kameraya sahib olacaq. 

O, “Sony IMX903” sensorundan, çox qatlı linza sistemindən və ikili çevrilmə qazancı (DCG) sistemi olan 14 bitlik DAC-dan istifadə edir. Və birlikdə bu parametrlər artan dinamik diapazon, azaldılmış səs-küy və daha keyfiyyətli çəkiliş təmin edəcək.

Həmçinin məlumat var ki, “iPhone 16 Pro Max” 15x-ə qədər optik zumla super telefoto periskop kamera ilə təchiz edilmiş ilk smartfon olacaq. Bu yeniliklər “Apple”a bu il iki "Pro" cihazı arasındakı fərqi qoruyub saxlamağa imkan verəcək.

Beləliklə, kamera yeniləməsi qarşıdan gələn seriyalarda əsas təkmilləşdirmələrdən biri olacaq. “iPhone 15” xəttində buna USB-C konnektoru və yeni Fəaliyyət Düyməsi daxildir.

Bu arada, “Apple” yeni noutbuk və planşetlərini təqdim edəcəyi yaz təqdimatına hazırlaşır. İnsayderlərin fikrincə, “iPad Pro” son 5 ildə ən böyük təkmilləşdirməni alacaq,  lakin qiymət də bir xeyli artacaq.
 

# 3342
avatar

Sevinc Fərid

Oxşar yazılar