İndoneziyada vulkan püskürdü
07 fevral 2024 04:38 (UTC +04:00)

İndoneziyada vulkan püskürdü

0

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürərək, təxminən 1000 metr hündürlüyə vulkanik kül püskürüb.

Lent.az xəbər verir ki, “Antara News”un məlumatına görə, vulkan yerli vaxtla saat 07.30-da püskürüb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) açıqlamasında, partlayış mərkəzindən 5 kilometr və Besuk Kobokan yaxınlığında çay yatağından 500 metr uzaqlaşmağın lazım olduğuna diqqət çəkdi.

Semeru Vulkanının aktivlik səviyyəsi 16 dekabr 2021-ci ildən etibarən 3-cü xəbərdarlıq səviyyəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4889

Oxşar yazılar