Bu yeni telefonlar  daha çox yaddaşla   təmin olunacaq 
06 aprel 2023 09:16 (UTC +04:00)

Bu yeni telefonlar daha çox yaddaşla təmin olunacaq 

2024-cü ilin əvvəlində buraxılması planlaşdırılan “Samsung Galaxy S24” telefonları ən azı 12 giqabayt RAM-la təchiz olunacaq. 

Lent.az xəbər verir ki, bu barədə “PhoneArena” nəşri məlumat yayıb. 

Şirkət cihazlarda operativ yaddaşın minimum həcmini müəyyən dərəcədə artırmaq niyyətindədir. Məlumata görə, əgər “Samsung” belə bir addım atsa digər istehsalçılar da rəqabətə uyğun olaraq öz cihazlarının yaddaş həcmini artıracaqlar. 

Bildirilir ki, “Galaxy S24” smartfonları 12 giqabayt RAM və 256 giqabayt daxili yaddaşa sahib olacaq. 

Qeyd edək ki, “iPhone 14 Pro Max” brendi hazırda 6 giqabayt operativ yaddaşa malikdir.

# 1869
avatar

Sevinc Fərid

Oxşar yazılar