Bu smartfonlarda Android yeniləmələri  dayandırılacaq
05 aprel 2023 15:43 (UTC +04:00)

Bu smartfonlarda Android yeniləmələri dayandırılacaq

“Samsung” şirkəti “Galaxy S10” və “Galaxy A50” markalı smartfonlara dəstəyi dayandırır

Lent.az “SamMobile”a  istinadən xəbər verir ki, bu telefonlar artıq Android yeniləmələrini qəbul etməyəcək. 

Bu hal minlərlə istifadəçinin narazılığına səbəb olub. 

Məlumata görə, “Galaxy S10” 5G sistem yeniləmələrini almağa davam edəcək. 

Qeyd edək ki, "samsung" şirkəti fevral ayında “Apple”ı keçərək qlobal smartfon bazarına liderlik edir.

 


 

# 2163
avatar

Sevinc Fərid

Oxşar yazılar