Bu da  "BMW"dən   yeni elektrikli avtomobil: QİYMƏTİ  - FOTO
08 yanvar 2022 11:20 (UTC +04:00)

Bu da "BMW"dən yeni elektrikli avtomobil: QİYMƏTİ - FOTO

Bildiyimiz kimi, dünyaca məşhur “CES 2022” sərgisində şirkətlər öz yeni məhsullarını təqdim etməkdə davam edir. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “BMW” şirkəti bu sərgi çərçivəsində “iX M60 off-road” modelinin elektrikləşdirilmiş versiyasını təqdim edib. 

Sözügedən avtomobil 2 ədəd elektromühərrikə malikdir. Onlar ümumi olaraq 619 at gücünə sahibdirlər. 

Mühərriklərin maksimal fırlanma vaxtı 1100 Nm-ə (Nyuton metr) qədərdir. Bu model bir dəfə şarj olunduqdan sonra 566 km yol qət edə bilir. 

Elektrikli “BMW iX M60”-ı bu ilin yayından satışa çıxarılacaq. Onun İngiltərədə qiyməti 111.905 funt sterlinqdən ( təxminən 260 min manat)  başlayacaq.


 

# 3642
avatar

Sevinc Fərid

Oxşar yazılar