“Apple” və “Samsung”   telefonlarının MÜQAYİSƏSİ - Hansı daha güclüdür?
03 oktyabr 2023 11:14 (UTC +04:00)

“Apple” və “Samsung” telefonlarının MÜQAYİSƏSİ - Hansı daha güclüdür?

“PhoneBuff” ləqəbli tanınmış  bloqer “iPhone 15 Pro Max” və “Samsung Galaxy S23 Ultra”nın gücünü müqayisə edib

Lent.az xəbər verir ki, sınaq zamanı bir həvəskar hər iki smartfonu xüsusi maşın vasitəsilə 1,5 metr hündürlükdən yerə atıb. Cihazlar beton plitənin üzərinə düşüb. Sınaqların birinci hissəsində smartfonlar arxa paneli aşağı düşmüş vəziyyətdə yerə dəyib. “Samsung” cihazı demək olar ki, zədələnməyib, lakin 15 Pro Max korpusunun şüşəsi çatlayıb.

İkinci hissədə cihazlar yan çərçivəsi aşağı olan şəkildə yerə atılıb. Nəticədə, “Galaxy S23 Ultra”nın korpusu zədələnib və “iPhone 15 Pro Max”ın titan çərçivəsi yalnız kiçik cızıqlarla qalıb. Testin son mərhələsində bloqer cihazları üzü aşağı atıb. Hər iki telefonun displeyində ciddi çatlar əmələ gəlib. Ancaq ekran, eləcə də ön kameralar işləməyə davam edib.

Sonda “Apple” smartfonu 37 bal, “Samsung”un rəqabətədavamlı modeli isə 39 bal toplayıb. Bloqqer qacetləri fiziki təmasdan qoruyacaq “kabro” ilə istənilən brend smartfonlardan istifadə etməyi tövsiyə edib.
 

# 8181
avatar

Sevinc Fərid

Oxşar yazılar