“Android” yeniləməsi bu smartfonları BƏRBAD ETDİ
09 oktyabr 2021 19:14 (UTC +04:00)

“Android” yeniləməsi bu smartfonları BƏRBAD ETDİ

“Android” yeniləməsi “Huawei Mi 11” seriyalı smartfonlarda problemlərə səbəb olub.

Lent.az xarici mediya istinadla bildirir ki, jurnalistlər sosial şəbəkələrdəki mesajlara və “Telegram”dakı “Huawei” icmasına istinad edir, burada istifadəçilərə yeniləmədən imtina etmələri tövsiyə olunur.

Cihaz sahiblərinin dediyinə görə, yeni əməliyyat sistemi bəzi smartfonların işini poza bilər.

İstifadəçilər, “Android 12”nin “Huawei Mi 11”, “Huawei Mi 11 Pro” və “Huawei Mi 11”i telefonlarını “kərpicə çevirə biləcəyini” söyləyirlər.

“Huawei Mi 11”, “Mi 11i” və “Mi 11 Ultra” smartfon sahibləri, yeniləməni quraşdırdıqdan sonra qara bir ekran gördüklərini bildirir. Cihaz, ekrana və cihazın güc düyməsinə toxunmağa cavab verməkdən imtina edir.

Belə olan vəziyyətdə cihazlar “Huawei” xidmət mərkəzlərinin mütəxəssislərinə təhvil verilib.

Jurnalistlər qeyd ediblər ki, hazırda yeni proqram təminatı beta sınaq mərhələsindədir.

# 12528
avatar

Oxşar yazılar