320 min kilometr  problemsiz sürülən   avtomobillərin reytinqi: ən etibarlı modellər
04 mart 2025 16:27 (UTC +04:00)

320 min kilometr problemsiz sürülən avtomobillərin reytinqi: ən etibarlı modellər

Müasir avtomobillər adətən ciddi nasazlıqlar olmadan 150 min km-dən çox məsafə qət edə bilirlər. Ancaq bütün avtomobillər 300 min kilometrdən çox məsafəyə tab gətirə bilmir. Məlum olub ki, belə modellər azdır və onların əksəriyyəti bir avtomobil istehsalçısı tərəfindən istehsal olunur.

Lent.az xəbər verir ki, bu barədə Amerikanın “Consumer Reports” araşdırma jurnalı yazır.

Jurnal müstəsna davamlılıq nümayiş etdirən və 320 min km-dən çox məsafə qət edə bilən 12 avtomobilin siyahısını dərc edib.

Maraqlıdır ki, reytinqdəki 12 mövqedən 10-nu yapon modelləri tutub ki, onlardan səkkizi “Toyota” avtomobilləridir.

“Consumer Reports”a görə 2025-ci ilin ən etibarlı avtomobilləri:

“Toyota Tundra”,
“Toyota Sienna”,
“Toyota RAV4”,
“Chevrolet Silverado/GMC Sierra”,
“Ford F-150”,
“Toyota Tacoma”,
“Toyota Highlander”,
“Toyota Corolla”,
“Toyota Prius”,
“Honda Accord”,
“Honda CR-V”,
“Toyota Camry”.

Bu modellər ən davamlı hesab olunur ki, bu da real sürücü təcrübəsi və müstəqil araşdırma ilə təsdiqlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar