2025-ci il üçün "İlin avtomobili"  bu 7 modeldən biri olacaq
18 noyabr 2024 03:21 (UTC +04:00)

2025-ci il üçün "İlin avtomobili" bu 7 modeldən biri olacaq

Avtomobil dünyasının ən nüfuzlu mükafatlarından biri olan “İlin avtomobili”ndə 2025-in finalçıları bəlli olub.

Lent.az xəbər verir ki, bu ilki namizədlər arasında kiçik elektrik avtomobilləri üstünlük təşkil edir.

23 ölkədən 60 münsif üzvünün iştirakı ilə aparılan qiymətləndirmə nəticəsində 42 namizəd arasından 7 finalçı müəyyənləşib.

“İlin avtomobili 2025” mükafatına namizəd olan 7 modeli təqdim edirik:

Alfa Romeo Junior

Citroen C3/e-C3

Cupra Terramar

Dacia Duster

Hyundai Inster

Kia EV3

Renault 5

Finalçılar arasında ən diqqət çəkən adlardan biri Daciadır. Renault-nun alt brendi olan Dacia tarixində ilk dəfə olaraq "İlin avtomobili" mükafatına namizəd olub.

“İlin avtomobili 2025” mükafatının qalibi yaxın aylarda keçiriləcək yekun tədbirdə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Oxşar yazılar