11 casus  Android proqramı – Onları təcili silin
09 fevral 2024 10:07 (UTC +04:00)

11 casus Android proqramı – Onları təcili silin

Casus proqramlar ən çox məşhur brendlərə bənzər adları olan proqramlardır. Məsələn, təkliflər siyahısında “TikTalk” kimi bir şey görürsünüzsə, digər variantlara keçmək daha məsləhətlidir.

Lent.az son zamanlarda təhlükəli sayılan 11 casus Android proqramını təqdim edir: 

“Privee Talk”, “meetMe”, “Let's Chat”, “Quick Chat”, “Rafaqat”, “Chit Chat”, “Yohoo Talk”, “Hello Chat”, “Nidus”, “GlowChat” və “Wave Chat”. 

Bu proqramların əksəriyyəti video və ya mətn rabitəsi proqramlarıdır.

Bu cür proqramlar niyə təhlükəlidir?

Bu proqramlar təcavüzkarlar sizinlə saxta hesabla söhbətə başlayır və “WhatsApp” kimi messencerə keçməyi təklif edirlər.

Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən pul almağa səy göstərirlər.

Bu proqramlar müxtəlif  növ məlumatları da oxuya bilən “Trojan atı” və ya casus proqramı ehtiva edə bilər.
 

# 4185
avatar

Sevinc Fərid

Oxşar yazılar