Zaqatalada marşrut sürücülərinə qarşı REYD
07 iyun 2024 08:16 (UTC +04:00)

Zaqatalada marşrut sürücülərinə qarşı REYD

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub.

Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb.

Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub. 

Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7350
avatar

Oxşar yazılar