"YouTube"da dəyişiklik - Bu videolara baxmaq mümkün olmayacaq
06 iyun 2024 07:46 (UTC +04:00)

"YouTube"da dəyişiklik - Bu videolara baxmaq mümkün olmayacaq

"YouTube" yetkinlik yaşına çatmayan istifadəçilərin potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah videoları ilə bağlı siyasətini dəyişməklə bağlı qərar qəbul edib.

Lent.az-ın məlumatına görə odlu silahlarda qoruyucunu necə açmağı göstərən bütün videoların qadağan ediləcək, kustar üsulla hazırlanan silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videolar 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacaq.

"YouTube" həmçinin atəş edib-etməməsindən asılı olmayaraq əlində odlu silah olan şəxslərin yer aldığı canlı yayımlar da 18 yaşından aşağı olan şəxlər üçün qadağan edəcək.

Qeyd edək ki, dəyişikliklər iyunun 18-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Oxşar yazılar