Yoluxma kəskin azaldı -  SON STATİSTİKA
20 sentyabr 2021 18:30 (UTC +04:00)

Yoluxma kəskin azaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Oxşar yazılar