Yayılan yeni virusun ÖLÜMCÜL TƏHLÜKƏSİ:  UŞAQLAR HƏDƏFDƏ
07 sentyabr 2022 14:07 (UTC +04:00)

Yayılan yeni virusun ÖLÜMCÜL TƏHLÜKƏSİ: UŞAQLAR HƏDƏFDƏ

Son zamanlar uşaqlar və böyüklər arasında ishal, ürəkbulanma, yüksək hərarət ilə müşahidə olunan virus yayılıb.

Kimisi bu virusu “KORONA”, kimisi “OMİCRON”, kimisi də “ROTAVİRUS “ adlandırır.

Maraqlıdır, bu virusun mənşəyi nədir, sağalma müddəti necədir?

Lent.az-ın məlumatına görə, infeksionist Azər Nağıyev APATV-yə deyib ki, son zamanlar yayılan bu xəstəliyə “rotavirus” deyirlər:

“İnsan bu xəstəliyə çox qısa bir zaman ərzində yoluxur. Bu virus bağırsaqların selikli qişasımı zədələyir. Hətta buna el arasında “bağırsaq qripi” də deyirlər. Xəstəlik çox uzun çəkmir. 3-7 gün davam edir”.

Bəzi vətəndaşlar xəstəliyin ilk simptomlarını hiss edən kimi antibiotiklərdən istifadə edir, həkim təyinatı olmadan sistem qoşdurular.

Azər Nağıyevin sözlərinə görə, xəstələrin evdə, özbaşına müalicə olunmaları ağır fəsadlara səbəb ola bilər:

“Bəzən insanlar apteklərə müraciət edirlər və ya özləri antibiotik preparatları istifadə edirlər. Bu çox səhv fikirdir. Belə xəstələrin imalə olunması yanlışdır. Dediyim kimi bu, bağırsaq virusudur və bağırsağın selikli qişasını zədələyir. Zədələnmiş bağırsağı da imalə etmək düzgün deyil. Çoxlu miqdarda maye qəbul etmək, giləmeyvə mürəbbələri, limonlu çay, qızdırma olan hallarda qızdırmasalıcı dərmanlardan istifadə edə bilərlər. Amma bundan artıq ev şəraitində heç bir dərman preparatını qəbul etməyə icazə verilmir. Çünki fəsadları, ağırlaşmaları ola bilər”.

İnfeksionist Aynur Musayeva deyir ki, rotavirus 3-5 yaş qrupunda olan uşaqlar üçün daha təhlükəlidir:

“Rotavirus infeksiyası ən çox 3 yaşından 5 yaşına qədər olan uşaqlarda daha çox rast gəlinir. Hərarət 38-40 dərəcəyə qədər qalxır. Xüsusən də körpə uşaqlarda çox ağır keçir, onlarda hipovolemik şok ola bilər. İshal, qusma olur, onların bədənində su-duz mübadiləsi itir. Uşaq 5-6 dəfə qusur, 8-10 dəfə böyük bayıra gedirsə bu uşaqlara vena daxilinə sistem qoşulmalıdır. Pəhriz mütləq olunmalıdır, bulyonsuz yeməklər, düyü həlimi yeməlidirlər. Körpə uşaqlara isə südsüz uşaq yeməklər verilməlidir”.

Həkimin sözlərinə görə, xəstəliyin gedişatında zaman əsas rol oynayır. Xəstəlik 2-3 gün ərzində keçməzsə, ağırlaşmağa doğru gedərsə, o zaman həkimə mütləq müraciət olunmalıdır.

# 1668
avatar

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29