Yaxın 3 günün hava  PROQNOZU
28 fevral 2022 15:55 (UTC +04:00)

Yaxın 3 günün hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.

Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.

Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Fidan İlqar

Oxşar yazılar