XƏBƏRDARLIQ:  Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək
20 mart 2024 18:56 (UTC +04:00)

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək

Hava şəraiti haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4788
avatar

Oxşar yazılar