Türkiyə vətəndaşı saxlanıldı
05 aprel 2013 14:48 (UTC +04:00)

Türkiyə vətəndaşı saxlanıldı

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları birgə əməliyyat keçirib. İdarədən Lent. az-a verilən məlumata görə,  keçirilən əməliyyat tədbiri nəticəsində İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə  vətəndaşı Hüseyn Ünlü saxlanılıb.

 Gömrük baxışı zamanı H. Ünlüyə məxsus əl çantasından 160 ədəd, bel çantasından isə 187 ədəd “Nokia” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı izahat verən H. Ünlü bildirib ki, o, telefonları  Çindən satış məqsədilə alıb. Lakin İstanbulda mallar ölkə ərazisinə buraxılmayıb. Ona görə də Azərbaycan ərazisinə keçirmək istəyib.

# 606

Oxşar yazılar