TQDK təhsil şöbələrinə müraciət etdi
15 may 2013 09:50 (UTC +04:00)

TQDK təhsil şöbələrinə müraciət etdi

TQDK şəhər (rayon) təhsil şöbələrinin rəhbərlərinə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, ümumi və tam orta təhsili əvvəlki illərdə başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən, buraxılış imtahanında “2”  alan və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları məktəblərə müraciət etmiş şəxslərlə bağlı təhsil şöbələri bir neçə tədbir görməlidir.

Belə ki, mayın 15-dən 25-dək təhsil müəssisələrində bu şəxslərin qeydiyyatı aparılacaq və ilkin məlumatlar “Şagird-məzun” sisteminə daxil ediləcək. Mayın 27-dən iyunun 8-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin biliyi qiymətləndiriləcək.

İyun ayının 10-dan 15-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək icazəsi olan şəxslər haqqında məlumatlar “Şagird-məzun” bazasına daxil ediləcək.

Qeyd edək ki, daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.

# 968

Oxşar yazılar